Fransanın Ermənistanı Azərbaycana qarşı yeni hücuma hazırlaşdırması ilə bağlı yeni faktlar üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov aparıcısı olduğu “Həftə” analitik verilişində məlumat verib.
“Bu gün əlimizdə Fransa ilə bağlı yetərincə əsaslı faktlar var. Öncə ondan başlayaq ki, Fransa jandarmeriyasının generallarından biri ənənəvi qaydada Ermənistanda sərhədlərimizə yaxınlaşaraq binoklla müşahidə aparıb. Nədir, yoxsa müharibəyə hazırlaşırsınız?! Deyə biləsiniz ki, “xeyr”. Ancaq biz deyirik, “bəli”. Əks halda rəsmi Paris Ermənistanda yeni kəşfiyyat xidməti yaratmazdı”, - deyə Məmmədov bildirib.
“AzTV” sədri dünən sərhədimizi pozarkən saxlanılan Çexiya vətəndaşı ilə bağlı da maraqlı faktları açıqlayıb.
Daha ətraflı videoda:
Bizim.Media