Sumqayıtda minik maşını belə yandı - VİDEO

Sumqayıtda minik maşını belə yandı - VİDEO

Hazırda oxunan: Sumqayıtda minik maşını belə yandı - VİDEO

176497

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus “HYUNDAI” markalı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək, digər hissələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO