Yəməndə husilərin 30 mövqeyi belə MƏHV EDİLDİ - VİDEO

Yəməndə husilərin 30 mövqeyi belə MƏHV EDİLDİ - VİDEO

Hazırda oxunan: Yəməndə husilərin 30 mövqeyi belə MƏHV EDİLDİ - VİDEO

176488

Birləşmiş Ştatlar və Britaniya şənbə günü Yəməndəki husi üsyançılarının ən azı 30 hədəfinə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfləri arasında nəzarət və rabitə mərkəzləri, yeraltı arsenal, həmçinin husilərin silahlarının saxlandığı yerlər var.

Şənbə günü səhər saatlarında ABŞ Mərkəzi Komandanlığı Yəməndə husilərə məxsus altı gəmi əleyhinə qanadlı raketin məhv edildiyini bildirib.

Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Ənsar Allah hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayının ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

 


 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO