Vəkillərin İntizam Komissiyası ilin ilk iclasını keçirib

Vəkillərin İntizam Komissiyası ilin ilk iclasını keçirib

Hazırda oxunan: Vəkillərin İntizam Komissiyası ilin ilk iclasını keçirib

176478

Azərbaycan Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının carı ildə ilk iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Qurumdan bildirilib.

Qeyd edilib ki, iclasda 19 müraciət əsasında (bunlardan 4 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 15 işə baxılıb, 3 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 12 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
- 5 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

- 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;

- 3 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;

- 2 intizam işi üzrə icraata xitam verilməsinə dair məsələ qaldırılması.

Müvafiq rəy qəbul edilən işlərin 9-u fiziki şəxslərdən, 3-ü isə məhkəmələrdən daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 3-ü fiziki şəxslərin, 2-si isə məhkəmələrin müraciətləri üzrədir. Məhkəmələrdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması barədə rəy verilib.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən 5 intizam işindən:

- 2 intizam işi üzrə “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müqavilədə tapşırığın bir neçə ayrı-ayrı orqanlarda yerinə yetirilməsini göstərməsi və müqavilə ilə nəzərdə tutulan xidmət haqqını nağd qaydada əldə edib sonradan özü ödəməsi”;

- 1 intizam işi üzrə “vəkilin məhkəmə iclasında digər proses iştirakçısına qarşı qeyri-etik və qeyri-mədəni davranışa yol verməsi”;

- 1 intizam işi üzrə “vəkilin qabaqcadan təyin olunmuş məhkəmə iclasında hər hansı üzürlü səbəb olmadan və məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciətinə təxirə salınmanın üzürlü olması ilə bağlı sübut əlavə etmədən iştirak etməməsi”;
- 1 intizam işi üzrə “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi” halları intizam pozuntusu kimi qiymətləndirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO