“Əgər Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıbsa, bu, ölkənin konstitusiyasında da öz əksini tapmalıdır. Odur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın belə bir addımı dəstəkləməsi sülhə aparan yolda müsbət siqnaldır”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikov NEWS.ru-ya açıqlamasında bildirib.
Əgər Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman konstitusiyada başqa heç nə olmamalıdır”, - deyə deputat bildirib.
Kalaşnikov vurğulayıb ki, bu, sərhədin delimitasiyası və demarkasiyası məsələsi kimi iki ölkə tərəfindən həll edilməli olan prosesdir:
Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatları və Paşinyanın dəstəklədiyi məsələlər həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti üçün yaxşı siqnaldır. Ola bilsin ki, bu bəyanatlar kiminsə xoşuna gəlməsin, o zaman deyək ki, bu bir növ zövq məsələsidir”.
Bizim.Media
- A-
- A
- A+
Region
20:45 / 02.02.2024
Dövlət Duması İrəvanı Qarabağın tanınmasını konstitusiyada da əks etdirməyə ÇAĞIRDI
Hazırda oxunan: Dövlət Duması İrəvanı Qarabağın tanınmasını konstitusiyada da əks etdirməyə ÇAĞIRDI
Hazırda oxunan: Dövlət Duması İrəvanı Qarabağın tanınmasını konstitusiyada da əks etdirməyə ÇAĞIRDI
176324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.