Azərbaycan vətəndaşları üçün ötən il uğurlu olub - MDB ölkələri arasında SORĞU - FOTO

Azərbaycan vətəndaşları üçün ötən il uğurlu olub - MDB ölkələri arasında SORĞU - FOTO

Hazırda oxunan: Azərbaycan vətəndaşları üçün ötən il uğurlu olub - MDB ölkələri arasında SORĞU - FOTO

176150

Ötən il Azərbaycan vətəndaşları üçün MDB ölkələri sakinləri arasında ən uğurlu il olub.

Bizim.Media xəbər verir ki, bu barədə Avro-Asiya Sosioloqlarının Azad Alyansının “FOCUS” tədqiqat məlumatlarına əsasən qərar verilib.

Belə ki, ötən il ən çox sevinənlər arasında azərbaycanlılar birinci (əhalinin 70%-dən çoxu 2023-cü ili öz ölkələri üçün uğurlu hesab edir) pillədə qərarlaşıb. Bununla yanaşı, 2023 belaruslar (66%-dən çox) və qırğızıstanlılar (64%) üçün də uğurlu il olub.

Tədqiqatlara əsasən, il ermənilər (60%-dən çoxu 2023-cü ili uğursuz hesab edir), moldovalılar (55% “uduzan”) və gürcülər (42%) üçün o qədər də sevindirici keçməyib.

Qeyd edək ki, ötən 2023-cü ildə Azərbaycan ordusu Qarabağda lokal antiterror tədbirlərini uğurla həyata keçirib və bununla da onilliklər boyu Ermənistanın işğalından sonra suverenliyini tam bərpa edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO