Araikin müəmmalı ŞUŞA SƏFƏRİ - Azərbaycanlılar gələn il Xocalıya qayıdacaq?

Araikin müəmmalı ŞUŞA SƏFƏRİ - Azərbaycanlılar gələn il Xocalıya qayıdacaq?

Hazırda oxunan: Araikin müəmmalı ŞUŞA SƏFƏRİ - Azərbaycanlılar gələn il Xocalıya qayıdacaq?

17611

“Bir olsaq, heç bir dezinformasiya Azərbaycan cəmiyyətini yerindən oynatmaz. Bunu dezinformasiya sayıram, çünki sıradan bir blogerin məlumatıdır və təhlillər də onu göstərir ki, belə xəbərlər yalandır".

"Düşmən heç bir halda bizə yaxşı xəbər çatdıra bilməz. Ermənistanda növbədənkənar seçkilər (20 iyun) ərəfəsindən belə dezinformasiyaların sayı hüdudsuz olacaq. Azərbaycan cəmiyyəti buna hazırlıqlı olmalıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Qərargah rəisi Araik Artyunyanı niyə vurub?


​​​​​​​Bizim.Media xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü erməni blogerlərdən birinin ajiotaj doğuran son açıqlamasını şərh edərkən deyib.

Belə ki, Qaqik Soqomonyan iddia edib ki, Azərbaycandan olan məcburi köçkünlər 2022-ci ildə Xocalıya qayıdacaq.

Guya Qaqik bu məlumatı Araik Arutyunyanın Şuşada azərbaycanlı zabitlərlə görüşündən sonra əldə edib.

“Müsavat TV”nin suallarını cavablandıran Elxan Şükürlü bu məlumatları feyk adlandırıb.

Həmçinin bildirib ki, Azərbaycan hökuməti də belə təxribatçı yalanların insanlar arasında səs-küy yaratmasına mane olmaq üçün vaxtında münasibət bildirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO