Şəxsi istifadə üçün xaricdən neçə dərman GƏTİRƏ bilərik? – Rəsmi CAVAB 

Şəxsi istifadə üçün xaricdən neçə dərman GƏTİRƏ bilərik? – Rəsmi CAVAB 

Hazırda oxunan: Şəxsi istifadə üçün xaricdən neçə dərman GƏTİRƏ bilərik? – Rəsmi CAVAB 

175962

Vətəndaşların digər ölkələrdən özünə lazım olan dərman vasitələrini alıb gətirməsi heç kimə sirr deyil. Buna səbəb qonşu ölkələrdə bəzi dərman preparatlarının daha ucuz olmasıdır. İnsanlar ya özləri xarici ölkələrə gedəndə, yaxud da oradakı dost-tanışlarından müəyyən miqdarda ucuz dərman almağı xahiş edirlər.

Bu ilin yanvar ayında isə “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edildi. Bu dəyişiklikdən sonra sosial şəbəkələrdə dərmanları ölkəyə gətirərkən insanlardan (fiziki şəxslər) səhiyyə qurumlarına aid sənəd, resept tələb olunduğu haqqında məlumat yayılıb. Ölkəyə dərman preparatlarının gətirliməsinə qadağa qoyulduğu iddia edilib.

Bəs qanundakı dəyişiklik nədən ibarətdir? Hansı dərmanların gətirilməsində resept tələb olunur?

“Dərman vasitələri haqqında” qanunun 9-cu maddəsi ümumilikdə dərmanların idxalı və ixracından bəhs edir. Həmin maddənin 9.4. bəndində yazılıb ki, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələrini, həmçinin bu Qanunun 9.6-cı maddəsində qeyd olunan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

Yəni resept o zaman tələb olunur ki, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi olsun. Həmin dərmanlar reseptdə yazıla bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər.

Səhiyyə Nazirliyinin Analitik Ekpertiza Mərkəzindən Bizim.Media-ya bildirilib ki, qüvvədə olan qanuna görə, Azərbaycana gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda, o cümlədən ölkədə dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

Qeyd edilib ki, təsdiq edilmiş reseptdə yazılan dərmanları yalnız orada qeyd olunan miqdarda ölkəyə gətirmək mümkündür.

Bəs, Azərbaycanda dövlət qeydiyyatına alınan dərmanların gətirilməsi üçün resept tələb olunmursa, miqdar necə müəyyən edilir? Zərurui miqdar dedikdə nə başa düşülür

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsi (DGK) ilə əlaqə saxladıq.

Komitədən Bizim.Media-ya bildirdilər ki, miqdar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə tənzimlənir:

“Həmin qərarın 1.5 bəndində fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.

Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO