Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iclasında Azərbyacana təşəkkür edildi

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iclasında Azərbyacana təşəkkür edildi

Hazırda oxunan: Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iclasında Azərbyacana təşəkkür edildi

175866

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) mənzil qərargahında qurumun gender və nəqliyyat üzrə 9-cu İllik Məsləhətləşmə iclası keçirilir. Builki iclasda Yaşıl Nəqliyyat Sammiti kontekstində gender, nəqliyyat və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqələr diqqət mərkəzində olub.

Bizim.Media xəbər verir ki, İllik Məsləhələşmə iclası çərçivəsində təşkilat və ölkələr Asiya və Avropa arasında əsas körpü olan Azərbaycanın nəqliyyat sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər.

Təhlükəsiz və Davamlı Məqliyyat üçün Şərq Alyansının (EASST) prezidenti və baş direktoru Emma MakLennan (Emma MasLennan) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə mövcud sıx və məhsuldar əməkdaşlıqdan söz açıb.

Ölkəmizdə təhlükəsiz yolların olduğunu xüsusi qeyd edib. O, ölkəmizdə nəqliyyat sahəsində gördüyü işlərə toxunaraq, sərmaya imkanlarından, yolların təhlükəsizliyindən, eləcə də yol mühəndisliyi standartlarının tətbiqindən danışıb. Həmçinin, bu sahədə gender tarazlığının təmin edildiyini diqqətə çatdırıb.

E.MakLennan Azərbaycanla olan əməkdaşlıqdan məmnunluğunu xüsusi qeyd edib. 

Həmçinin, nəqliyyat sektorunda gender bərabərliyindən söz açan Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) nümayəndəsi nəqliyyat sektorunda qadınların rolunun artırılmasından inklüziv DATA-nın hazırlanmasından danışaraq, qarşıdan gələn COP29 qlobal konfransı çərçivəsində gender bərabərliyi mövzusunun davam edəcəyinə ümid etdiyini bildirib.
Fransanın nümayəndəsi COP29 konfransına hazırlıq məsələlərinə toxunaraq, xüsusilə gender tarazlığına xüsusi diqqət verildiyi üçün Azərbaycana təşəkkürünü bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO