Ermənilər magistral yolu bağladılar – İŞIQSIZ QALIBLAR

Ermənilər magistral yolu bağladılar – İŞIQSIZ QALIBLAR

Hazırda oxunan: Ermənilər magistral yolu bağladılar – İŞIQSIZ QALIBLAR

17585

Ermənistanın Armavir vilayətinin Xorunk kəndinin yüzdən çox sakini bazar ertəsi səhər İrəvan-Armavir magistral yolunu və Eçmiadzin şəhərinin girişini bağlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Shamshyan.com” nəşri yayıb.

Etirazçılar "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin nümayəndələrindən elektrik enerjisini kəsilməsi ilə bağlı açıqlamalar vermələrini tələb edirlər. İddia edirlər ki, bu, onlara xeyli maddi ziyan vurub.

Etirazçılardan birinin dediyi kimi, bu problem bir neçə ildir ki, həll olunmur:

"Elektrik enerjisinin kəsilməsi üçün sadəcə mülayim külək kifayət edir. Bu səbəbdən maddi itkilərə məruz qalırıq, elektrik avadanlıqları sıradan çıxır. Səbrimizin kasası dolub. İstəyirik ki, bu məsələ nəhayət həll olunsun, əks halda etiraz aksiyalarına davam edəcəyik”.

Vaqarşapat polis idarəsinin rəisi Rafael Poqosyan və yol polisinin taqım komandiri M. Sarkisyan etirazçılar ilə danışıqlara başlayıblar.

Bundan sonra kənd sakinləri vəziyyəti müzakirə etmək üçün müvəqqəti olaraq magistral yolu açıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO