Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən getməsinin səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, İrakli Qaribaşvili keçirdiyi brifinqdə vəzifəsindən ayrılmasının ona hakim “Gürcü Arzusu” partiyasının siyasi şurası tərəfindən partiya sədri vəzifəsini tutmaq təklifi edilməsi ilə əlaqələndirib.
Baş nazir qeyd edib ki, partiyanın konqresi fevralın 1-də keçiriləcək.
Qaribaşvili əlavə edib ki, partiyanın siyasi şurasının iclası zamanı onun yaya qədər vəzifəsində qalması müzakirə edilib, lakin o, qarşıdan gələn parlament seçkilərini nəzərə alaraq indi bu qərarı verib.
“Növbəti Baş nazirin öz komandasını vaxtında təqdim etməsi və hökumət formalaşdırması vacibdir. Mən yeni baş nazirə uğurlar arzu edirəm”, - deyə Qaribaşvili deyib.
O, komandada digər uğurlu liderlərin də olduğunu, onlara da şans verilməli olduğunu vurğulayıb: “Əlavə olaraq biz indi yeni tapşırıqlarla üzləşirik, payızda yeni parlamenti seçəcəyik və “Gürcü Arzusu” seçkilərdə inamlı qələbəyə hazırlaşmalıdır ki, biz digər böyük hədəflərimizə nail olmaq istiqamətində irəliləməyə davam edə bilək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:21 / 29.01.2024
Qaribaşvili istefasının səbəbini AÇIQLADI
Hazırda oxunan: Qaribaşvili istefasının səbəbini AÇIQLADI
Hazırda oxunan: Qaribaşvili istefasının səbəbini AÇIQLADI
175657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.