Məşhur ukraynalı şoumen Rusiyadakı əmlaklarını SATIR – FOTO 

Məşhur ukraynalı şoumen Rusiyadakı əmlaklarını SATIR – FOTO 

Hazırda oxunan: Məşhur ukraynalı şoumen Rusiyadakı əmlaklarını SATIR – FOTO 

175632

Əslən Ukraynadan olan məşhur şoumen və prodüser Aleksander Tsekalo Rusiyada daşınmaz əmlaklarını dəyər-dəyməzinə satmağa başlayıb. 

Bizim.Media “Mash” teleqram kanalına istinadən xəbər verir ki, Tsekalo Moskva yaxınlığındakı elit kənddəki bağ malikanəsini 430 milyon rubla (təxminən 24 milyon manat) satıb. 

Tsekalonun kub formalı malikanəsi bahalı qızılağac lövhələri ilə örtülüb və dizaynı ilə digər yaşayış evləri arasından seçilir. Ekspertlər onun klinikaya bənzədiyini və ümumiyyətlə arxitekturasının sadə olduğunu söyləyib. 
Məhz buna görə də dərhal 430 milyona razılaşmayıb. Lakin bunu malikanənin içərisi haqda demək olmaz.

Belə ki, malikanədə geniş qonaq otağı, 10 yataq otağı, qaraj, 20 metrlik hovuz, sauna və incəsənətlə məşğul olmaq üçün ayrıca ofis var. Satış Tsekalonun şəxsi iştirakı olmadan baş verib. Ona köməkçi və işlərə cavabdeh olan şəxs rəhbərlik edib. Tsekalonun özü ABŞ-dan Rusiyaya, hətta pul üçün belə gəlməyi planlaşdırmır. O, 2019-cu ildən gənc həyat yoldaşı ilə okeanın o tayında sakit yaşayır və prodüserlik edir. 

Qeyd edək ki, Tsekalo illər əvvəl Rusiyanın Əməkdar artisti Lolita ilə evli olub. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO