Bakıda üstündə qanunsuz tapança gəzdirən şəxs TUTULDU - FOTO

Bakıda üstündə qanunsuz tapança gəzdirən şəxs TUTULDU - FOTO

Hazırda oxunan: Bakıda üstündə qanunsuz tapança gəzdirən şəxs TUTULDU - FOTO

175497

Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Elxan Vahabov üstündə qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, ondan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

E.Vahabov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO