Zidan Fransa millisinin baş məşqçisi olmaq istəyir

Zidan Fransa millisinin baş məşqçisi olmaq istəyir

Hazırda oxunan: Zidan Fransa millisinin baş məşqçisi olmaq istəyir

175457

İspaniyanın "Real" klubunun sabiq baş məşqçisi Zinəddin Zidanın karyerası ilə bağlı istəyi bəlli olub.

Bizim.Media "RMC Sport"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis hazırda yalnız Fransa millisində işləmək niyyətindədir.

O, başqa yerdə çalışmağı planlaşdırmır. Zidan məhz bu səbəbdən Əlcəzair yığmasının sükanı arxasına keçmək təklifindən imtina edib.
Qeyd edək ki, Fransa millisinin baş məşqçisi Didye Deşamın müqaviləsi 2026-cı ilədək qüvvədədir. Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real"da işləyib, komanda ilə iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO