Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb - FOTO

Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb - FOTO

Hazırda oxunan: Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb - FOTO

175289

26 yanvar tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Türkiyə Respublikasının Ankara şəhərində baş tutmuş “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası çərçivəsində təşkil olunmuş “dəyirmi masa”da iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“Dəyirmi masa”da marşrut üzrə ötən il ərzində qarşıya çıxan çətinliklər, əldə olunmuş nailiyyətlər, eləcə də növbəti illər ərzində marşrutun səmərəliliyinin artırılması ilə bağlı birgə atılacaq addımlar, xüsusən də Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb.

Həmçinin tədbirdə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Orta Dəhliz üzrə aparılmış tədqiqatın nəticələri və ondan irəli gələn tövsiyələri barədə məlumat verilib.







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO