Bakıda dəm qazından boğularaq ölən Sərxan bu gün ABŞ-a getməli idi - TƏFƏRRÜAT 

Bakıda dəm qazından boğularaq ölən Sərxan bu gün ABŞ-a getməli idi - TƏFƏRRÜAT 

Hazırda oxunan: Bakıda dəm qazından boğularaq ölən Sərxan bu gün ABŞ-a getməli idi - TƏFƏRRÜAT 

175233

Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşları Tovuz rayonunun Ağbulaq kəndində bu gün dəfn olunub. 

Bizim.Media xəbər verir ki, Kəndin icra nümayəndəsi Əli İbrahimov “report”a açıqlamasında bildirib ki, hadisə iki qardaşın kirayədə qaldığı mənzildə yanvarın 25-i gecə saatlarında baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

ADA-ya 696 balla qəbul olmuşdu - Faciəvi şəkildə ÖLDÜ 


İcra nümayəndəsi vurğulayıb ki, Sərxan bu gün ABŞ-a getməli imiş. 

Mərhumların əmisi Aslan Həsənov isə bildirib ki, onlar ailədə 6 nəfər olub - iki bacı, iki qardaş və ana-ata. Bacılardan biri eşitmə məhdudiyyətli olub. Digər bacı isə elə Ağbulaq kəndinə gəlin köçüb. Anası evdar qadın, atası isə təsərrüfatla məşğul olur. Sərxanın qardaşı keçən ilin noyabr ayında ailə həyatı qurub. Yanvarın 24-də Əli həyat yoldaşı Aynuru Bakıda yaşayan qayınatasıgilə aparıb. Sonradan yaxınları onların zənglərinə cavab verməyən qardaşlardan nigaran qalıblar.

Evə ilk gələn Əlinin həyat yoldaşı və onun qardaşı olub. Onlar evə daxil olan zaman Əli və Sərxanın dünyasını dəyişdiklərini görüblər”. 

A.Həsənov Əlinin Bakıda traktor sürücüsü işlədiyini qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO