Proqramı yarımçıq dayandırılan Zaurun halının pisləşdiyi HƏMİN ANLAR - VİDEO

Proqramı yarımçıq dayandırılan Zaurun halının pisləşdiyi HƏMİN ANLAR - VİDEO

Hazırda oxunan: Proqramı yarımçıq dayandırılan Zaurun halının pisləşdiyi HƏMİN ANLAR - VİDEO

175130

Xəbər verdiyimiz kimi, bu gün "ATV" kanalında yayımlanan "Bizimləsən" ictimai-sosial verilişinin yayımı yarıdan dayandırılıb. Sözügedən kanalın sözçüsü Ozal İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, buna səbəb proqramın aparıcısı Zaur Baxşəliyevin qəfil özünü pis hiss etməsi olub. O, Zaurun sabahdan etibarən işinin başına qayıdacağını dilə gətirib.

Bizim.Media xəbər verir ki, sözügedən verilişin aparıcısı Z.Baxşəliyevin studiyada halının pisləşməsi anbaan canlı efirdə nümayiş olunub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Zaurun verilişinin yayımı dayandırıldı


Belə ki, proqrama pənah gətirən qadının halı pisləşib və Zaur həmin an həyəcan keçirərək, qorxub. Studiyada əyləşən həkimlərin yardımı ilə qadını özünə qaytaran Baxşəliyevin qəfil vəziyyəti ağırlaşıb. 

Həkimlərdən biri onu özünə sarı çəkib və sakitləşdirməyə çalışıb. Bir neçə dəqiqədən sonra özünə gələn aparıcı əynindəki pencəyi çıxarıb verilişi davam etdirib. Efirdə oğlunun halının pisləşdiyini görən Zaurun anası ona zəng edərək, halını soruşub.

Zaur qısa olaraq vəziyyətinin yaxşı olduğunu söyləsə də, lakin bu, reallığı əks etdirməyib. Beləcə, proqramın reklamlardan sonra yayımı dayandırılıb.

Zaur Baxşəliyevin halının pisləşdiyi həmin anları təqdim edirik:
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO