Mirzoyanın ETİRAFI – Ermənistanın mina xəritələri ilə bağlı yalanı İFŞA OLDU

Mirzoyanın ETİRAFI – Ermənistanın mina xəritələri ilə bağlı yalanı İFŞA OLDU

Hazırda oxunan: Mirzoyanın ETİRAFI – Ermənistanın mina xəritələri ilə bağlı yalanı İFŞA OLDU

175080

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib ki, İrəvan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.

O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, hazırda azad olunmuş ərazilərimizdə minatəmizləmə işləri aparılır. Azad olunmuş ərazilərdə indiyə kimi 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb.

İndiyə kimi 342 nəfər mina terrorunun qurbanı olub.

Hələ 2020-ci ilin 10 noyabr razılaşmasından sonra Ermənistan Azərbaycana mina ərazilərinin xəritəsini verdi. Lakin sonradan bəlli oldu ki, həmin xəritələrdəki məlumatların çoxu həqiqəti əks etdirmir. Ona görə də Azərbaycan xeyli vaxtdır Ermənistandan minalı ərazilərin xəritəsini tələb edir. Buna baxmayaraq, İrəvan dəqiq xəritələri verməkdən imtina edirdi. Üstəlik, erməni rəsmilər xəritələrlə bağlı daim təzadlı açıqlamalar verir, əksər hallarda xəritələrin varlığını ümumiyyətlə təkzib edirdilər

 Mirzoyanın son açıqlaması isə Ermənistanın yalanlarının növbəti ifşasıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, Mirzoyanın yeni mina xəritələri məsələsini gündəmə gətirməsi anklav kəndlərlə bağlı Azərbaycanın tutduğu mövqeyi yumşaltmağa hesablanmış addımdır:

"Ermənistan dəfələrlə deyib ki, mina ərazilərinin xəritələrini təqdim edəcək. Vaxtilə təqdim etdikləri xəritələrin də Azərbaycanın araşdırmasına görə, cəmi 25 faizi düzdür. Ona görə də xəritələr məsələsinin elə çox önəmi qalmayıb. Amma dəqiq xəritələr olsa minalardan təmizlənmə məsələsi də sürətlənər.

Ararat Mirzoyanın bu məsələni gündəmə gətirməsi Ermənistanın ikili oyun oynadığının göstəricisidir. Bir tərəfdən, Azərbaycanla münasibət qurmaq istəyir. Lakin eyni zamanda, Qərbin əlinə oynayır. Bəllidir ki, Ermənistanın ikili, üçlü oyun oynamaq imkanları sıfır səviyyəsindədir. Buna baxmayaraq, Mirzoyanın mina xəritələri məsələsində nədən ikili oyun oynamağa çalışdığı, anlaşılmır. Bu kimi addımlarla İrəvan dünyaya guya özlərinin sülh istədiyi, sülhpərvər olduqları obrazını göstərmək istəyir.
Digər tərəfdən, Ermənistan çıxılmaz vəziyyətdədir. Ermənistanın dövlət olaraq varlığı böyük təhlükə altındadır. Onlar Rusiya ilə olan gərginliyi bu və ya digər formada zəiflətməyə çalışırlar. İrəvanı indi daha çox narahat edən anklav kəndləri, xüsusən də Qazaxın 7 kəndi məsələsidir. Hansı ki, onun da 4-ü Azərbaycan sərhədinə bitişikdir.

Azərbaycan onları nəzarətə götürsə, sərhədimiz həmin kəndlərdən sonrakı ərazilərdən hesablanacaq. İrəvan bu müstəvidə yeni mina xəritələrini vermək məsələsini gündəmə gətirməklə, Azərbaycanın anklav kəndlərlə bağlı addımlarını yumşaltmağa çalışır".

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO