Aptekdən dərmanı elektron reseptlə ALACAĞIQ – Səhiyyəmiz buna HAZIRDIRMI? 

Aptekdən dərmanı elektron reseptlə ALACAĞIQ – Səhiyyəmiz buna HAZIRDIRMI? 

Hazırda oxunan: Aptekdən dərmanı elektron reseptlə ALACAĞIQ – Səhiyyəmiz buna HAZIRDIRMI? 

174926

Ölkədə elektron reseptə keçid məsələsi yenə müzakirə mövzusudur.

Artıq həkimə müraciət edən pasiyentlər kağızda deyil, elektron formada olan reseptlərlə apteklərdən dərman ala biləcəklər.

Mütəxəssislər bildirirlər ki, Rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır, eyni zamanda vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir.

Həkimlərin bildirdiyinə görə elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək.  Xarici ölkələrin çoxundan bu tətbiqdən geniş istifadə olunur.  

Bəs, Azərbaycan səhiyyəsi elektron reseptə keçməyə hazırdırmı?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Bizim.Media-ya bildirib ki, İcbari Tibbi Sığortanın təsdiqindən sonra səhiyyədə elektronlaşma geniş tətbiq olunur:

“Bilirsiniz ki, istər müraciət formaları, qeydiyyat məsələləri, onlayn müayinələr, istərsə də TƏBİB-də şəxsi kabinetin yaradılması elektronlaşmanın nümunələridir. Artıq xəstə-qeydiyyat məsələləri də elektron qaydada aparılır. Elektron resept isə səhiyyəmizdə inqilabi bir addımdır”.

Deputatın sözlərinə görə reseptlər əllə yazıldığından çox vaxt anlaşılan olmurdu, əgər kağız itirdisə preparatlar yadda qalmırdı. Həkim xəstənin uzunmüddətli keçmişinə nəzər salarkən, onun hansı preparatları qəbul etdiyi barədə dolğun məlumat ala bilmirdi. Məhz buna görə də elektron resept tətbiq olundu, bu isə yüksək nəticələrə gətirib çıxaracaq”. 

Müşfiq Məmmədli müsbət nəticələrdən biri kimi həkim-xəstə ünsiyyətində sürətliliyin yaranacağını bildirib:

“Elektron resept vasitəsilə xəstəyə diaqnoz beynəlxalq təsnifata uyğun qoyulacaq. Mən Səhiyyə Nazirliyinin elektron reseptlə bağlı təqdimatında iştirak etdim. Belə ki, xəstəliyin baş hərfini yazdıqda, alqortimik qaydada beynəlxalq təsnifata uyğun diaqnozların adı çıxır. 

Dərman preparatlarının adını qeyd etdikdə, onun kimyəvi tərkibi, dozası və hətta qiymətinə qədər göstərilir. Beləliklə, xəstə öz diaqnozu və ona yazılan reseptdəki dərmanların qiymətinə qədər dolğun şəkildə məlumatlandırılır”.

Nuranə Daxilqızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO