Aydın Sani efirdə aparıcını PƏRT ETDİ: “Xoşqədəm sizdən daha yaxşı veriliş aparır” - VİDEO  

Aydın Sani efirdə aparıcını PƏRT ETDİ: “Xoşqədəm sizdən daha yaxşı veriliş aparır” - VİDEO  

Hazırda oxunan: Aydın Sani efirdə aparıcını PƏRT ETDİ: “Xoşqədəm sizdən daha yaxşı veriliş aparır” - VİDEO  

174875

Müğənni Aydın Sani efirdə aparıcı Aysel Novruzovanı pərt edib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində aparıcı Zaur Nəbioğlunun sualına cavab verərkən proqramın digər aparıcısı Ayseli “sancıb”. 

Belə ki, Zaurun “Daha çox tanınan, sevilən və gözəl səsə sahib Türkan Vəlizadədir, yoxsa Zeynəb Həsəni?” sualına Aydın “Türkan Zeynəbdən daha çox tanınır. Mənə elə gəlir ki, Türkanın kütləsi Zeynəbinkindən böyükdür. Burada qəlbqırıcı cavab da vermək istəmirəm. Nəyi düşünürəm, onu da deyirəm. Mənim düşüncəm meyar deyil. Amma burada söhbət Türkiyənin məşhur aktrisası Türkan Şoraydan gedir (mövzunu dəyişir və gülür)” cavabını verib. 

Müğənninin bu fikirlərinə Aysel “Sonra da deyirsiniz ki, sualdan çətin nə var ki? Birbaşa soruş da... Zaur da sizdən soruşdu da... Amma sizdən cavab gəlmir. Sizin cavabınız isə fırlanır oralarda-buralarda” sözləri ilə reaksiya verib. 
Bu anda Aydın Sani Ayselə “Siz gözəl veriliş aparırsınız, yoxsa Xoşqədəm Hidayətqızı? Əlbəttə, Xoşqədəm xanım. O, illərin sənətkarıdır. Mən necə onu kənara qoyub, sizi tərifləyim? Əminəm ki, bu cavabdan sonra siz Aysel xanım, qəlbinizin dərinliyində bir yer var ki, orada olan tük bu sözlərimdən silkələndi. İnsanıq axı... Hamımızın xətrinə dəyə bilər” sözlərini ifadə edib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO