“İranın nüvə anlaşması ilə bağlı Vyanada keçirilən müşavirələr göstərdi ki, bu istiqamətdə irəliləyiş mümkündür, lakin Tehran yenə də ABŞ-la birbaşa təmaslara ehtiyac görmür.
Bizim.Media CNN-nə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə söyləyib.
MÖVZU İLƏ BAĞLI:
İran dəfələrlə yəhudilərə qarşı terror törədib – İsrailli ekspert detalları açıqladı
İranlı diplomat bildirib ki, Vyanada düzgün istiqamətdə addımlar atıldı:
“Vyanadakı məsləhətləşmələr irəliləmənin mümkün olduğunu göstərdi. Lakin vəziyyət hazırda asan deyil.
Görünən budur ki, ABŞ-ın hazırkı rəhbərliyində Prezident Trampın sanksiyalarına daha çox bağlı olanlar var. Mənim fikrimcə, bu siyasi qərarı prezident Bayden verməlidir”.
Xatibzadə, həmçinin, qeyd edib ki, İran və ABŞ-ın yenidən danışıqlar apara biləcəyi, rəsmi Vaşinqtonun razılaşmaya əməl edib-etməyəcəyinə bağlıdır
Bizim.Media