Məşhur avtomobil istehsalçısı BMW Rusiya vətəndaşlarına mobil cihazlarını avtomobillərinə qoşmağı qadağan edib.
Bizim.Media xəbər verir ki, ölkə KİV-nin məlumata görə, Rusiya Federasiyasındakı BMW sahibləri CarPlay-i (bu sistem avtomobilə hərəkətdə olarkən naviqasiya və musiqini yandırmaq üçün mobil cihazlar qoşulduqda yaranır) işə sala bilməməkdən şikayətləniblər.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRDİ - Siyahıda hərbi təyyarələr də var
Şikayətçilər iddia ediblər ki, avtomobili smartfonla sinxronlaşdırmağa çalışarkən, ekran panelində xəta işarəsi görsənir və "Bu cihaz qoşula bilməz. Bluetooth versiyası artıq uyğun deyil" xəbərdarlıqları əks olunur.
Mütəxəssislər iddia edirlər ki, bu problem avtomobillərin mexanizmasında hər hansı bir nasazlıqla əlaqəli deyil, məhz naviqasiyanın Rusya ərazisində olduğunu göstərdiyinə görə baş verir.
Belə ki, avtomobilin naviqasiya sistemində Rusiya ərazisində olduğu aşkar edildikdə, problem yaranır.
Qeyd edək ki, ötən ilin avqustunda Mercedes-Benz və BMW kimi avtomobil istehsalçıları rus dilerlərini avtomobillərə texniki xidmət göstərmək üçün istifadə olunan proqram təminatından ayırmışdılar.
Bizim.Media