Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində güclü zəlzələ olub. Zəlzələdə xəsarət alanların sayı 44-ə çatıb.
Bizim.Media xəbər verir ki, onlar müxtəlif əlamətlərlə şəhər xəstəxanalarına aparılıb, onlardan 34-ü yaşlı insanlardır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib, 31 nəfər ambulator müalicəyə göndərilib.
Onlar yüngül və orta dərəcəli xəsarətlər alıblar.



Bizim.Media