Qızılca, sarılıq, indi də göyöskürək... – Məktəblər onlayn təhsilə KEÇİR? – Rəsmi AÇIQLAMA 

Qızılca, sarılıq, indi də göyöskürək... – Məktəblər onlayn təhsilə KEÇİR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Qızılca, sarılıq, indi də göyöskürək... – Məktəblər onlayn təhsilə KEÇİR? – Rəsmi AÇIQLAMA 

174588

Son günlərdə uşaqlar arasında qızılca, qrip, göyöskürək kimi infeksion xəstəliklər durmadan artır. Şagirdlər arasında qızılcaya yoluxma müşahidə edildiyindən məsələ daha da aktuallaşıb. Bununla bağlı təşvişə düşən bir çox valideynlər Elm və Təhsil Nazirliyinə müraciət edərək, dərslərin onlayn sistemə keçirilməsini tələb edirlər.

Doğurdan da məktəblərdə tədris distant formaya keçirilə bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Qızılcaya görə məktəblər distant təhsilə keçəcək? - Nazirdən AÇIQLAMA 


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu qərarı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir:

“İnfeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər görülür. 

Təhsil müəssisəsində dərslərin distant təhsilə keçirilməsi barədə qərarın verilməsi Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında həyata keçirilir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirilib ki, aparılan profilaktik və əksepidemik tədbirlər nəticəsində 2024-cü ilin yanvar ayında ölkədə göyöskürək xəstəliyi qeydə alınmayıb:

“Hazırda ölkədə qış fəsli ilə əlaqədar mövsümi qrip, kəskin respirator virus infeksiyaları, koronavirus infeksiyasına yoluxma hallarına təsadüf edilir. Ölkə ərazisində qızılca və Hepatit A xəstəliklərinin səviyyəsində isə azalma müşahidə olunub”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO