Vergiyə cəlb olunmayan repetirorlar qiymətləri niyə qaldırıb? – Deputatdan SƏRT REAKSİYA 

Vergiyə cəlb olunmayan repetirorlar qiymətləri niyə qaldırıb? – Deputatdan SƏRT REAKSİYA 

Hazırda oxunan: Vergiyə cəlb olunmayan repetirorlar qiymətləri niyə qaldırıb? – Deputatdan SƏRT REAKSİYA 

174587

Yeni ildən repetitorlar qiyməti qaldırıblar. Bu barədə valideynlər narazılıqlarını sosial şəbəkələr vasitəsilə bildiriblər. Tələbə olmaq istəyən şagirdlərin valideynləri son ayda hazırlıq pullarının təqribən 30 faizə qədər artırıldığını yazıblar. Valideynlərdən biri son ildə özünün əmək haqqında heç bir artım olmadığı halda müəllimlərin belə qərar verməsinin məntiqsiz olduğunu vurğulayıb.

Bildiyimiz kimi, yanvar ayında təkcə təqaüdlərin məbləği 11 faizə qədər artıb. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işləyənlərin əmək haqqında və ya minimum əmək haqlarında artımın olduğuna dair məlumat yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Repetitorlar SOSİAL PROBLEMƏ necə çevrilir? – “Kölgə təhsili”ndəki MİLYONLAR


Üstəlik, repetitorların bu işlə rəsmi şəkildə məşğul olmadıqları, vergi vermədikləri də zaman-zaman müzakirə olunan mövzudur. 

Bəs, belə olduğu halda repetitorlar nəyə əsasən qiyməti qaldırırlar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Fazil Mustafa deyib ki, bu, təhsil sistemimizin bərbad vəziyyətdə olmasının əsas göstəricilərindən biridir:

“Repetitorlar da bundan istifadə edir. Onlar bilir ki, məktəbdə onsuz da dərs yoxdur, ona görə də qiyməti qaldırırlar. Valideynlər də hamısı hansısa formada küyə düşür ki, mütləq uşaq testdən keçməli, harasa daxil olmalıdır və bu da büdcələrindən əlavə pulun ayrılması deməkdir. 

Bu məsələ problemli məsələdir. Müasir internet dövründə bu dərsləri hansısa formada sosial şəbəkə vasitələri ilə də əldə etmək mümkündür. Müəllim yanına getməyin özü də insanlarda süni bir vərdiş yaradıb. Yenə də bütün məsələ məktəbdə çözülməlidir, uşaqlar məktəbə qayıtmalıdır”.

Deputat qiymət artımına qadağa qoymağın mümkün olmadığını bildirib:

“Repetitor fəaliyyəti müəyyən dərəcədə məqsədyönlü şəkildə həyata keçirilir ki, uşaqlar məktəbə gəlməsin. Bu, təhsilin idarəediciləri üçün də ən əlverişli vasitədir. Çünki məktəbə nə qədər uşaq dərsə gəlməzsə, müəllimlərin bu istiqamətdə qeyri-rəsmi qazancı artmış olar və bundan da gəlir götürərlər. Ona görə də bu çox vahiməli məsələdir və qiymətlərin artmasını da başqa cür qadağan etmək olmaz. Müəllim enerjisini sərf edirsə, öz istədiyi qiyməti də diktə etməlidir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO