Sabah Bakıya qar yağacaq – PROQNOZ  

Sabah Bakıya qar yağacaq – PROQNOZ  

Hazırda oxunan: Sabah Bakıya qar yağacaq – PROQNOZ  

174557

Yanvarın 23-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. 

Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. 

Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO