Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərindən avtomat və narkotik gəzdirən Boris Asmolov saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.
Bundan başqa həmin şəxsin üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
![Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs saxlanıldı - FOTO Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs saxlanıldı - FOTO](https://bizim.media/file/articles/2024/01/22/1705911889_p.png)
- A-
- A
- A+
Cəmiyyət
12:26 / 22.01.2024
Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs saxlanıldı - FOTO
174547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.