Əfqanıstanda qəzaya uğrayan təyyarədə Rusiyanın Volqodonsk vilayətindən olan sahibkar Anatoliy Yevsyukov və arvadı Anna həlak olublar.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Yevsyukovlar ailəsi istirahət etmək üçün dekabrda Tailanda gediblər. Sonradan Anna Yevsyukova infeksion xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. Yanvarın 20-də ailə Anna Yevsyukovanı Rusiyaya gətirmək üçün şəxsi təyyarə sifariş verib. Tailanddan havaya qalxan təyyarə Hindistanda yanacaq doldurandan sonra Daşkəndə istiqamət götürüb və mühərrikdə yaranmış nasazlıq üzündən Əfqanıstanda qəzaya uğrayıb.
Bizim.Media