“Qəbələ”nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir.
Bizim.Media xəbər verir ki, 28 yaşlı nigeriyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb.
Müayinələrdən sonra onun sağ dizinin iç bağlarının xəsarət aldığı müəyyənləşib. Bərpa prosesinə başlayan Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq. Yarımmüdafiəçi klub saytına açıqlamasında meydana qayıtmağa çalışdığını bildirib:
“Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
14:52 / 21.01.2024
“Qəbələ”də ciddi itki
Hazırda oxunan: “Qəbələ”də ciddi itki
Hazırda oxunan: “Qəbələ”də ciddi itki
174429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.