Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası "Kocaelispor" öz meydanında lider "Eyüpspor"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Ramil Şeydayev bu görüşdə "Kocaelispor"da debüt edə bilməyib. O, sona qədər ehtiyatda qalıb.
Arda Turanın çalışdırdığı "Eyüpspor"da çıxış edən Azərbaycanın U-21 millisinin sabiq üzvü Taşkın İlter isə zədə səbəbindən oyunda iştirak etməyib.
Bu qələbə ilə xallarını 36-a yüksələdən "Kocaelispor" 2-ci pilləyə yüksəlib. Lider "Eyüpspor"un 45 xalı var. Bir oyun az keçirən "Göztepe" isə 35 xalla 3-cüdür.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:31 / 20.01.2024
Ramil debüt edə bilmədi, komandası liderə qalib gəldi
Hazırda oxunan: Ramil debüt edə bilmədi, komandası liderə qalib gəldi
Hazırda oxunan: Ramil debüt edə bilmədi, komandası liderə qalib gəldi
174387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.