"Avropa İttifaqının xarici siyasət mövqeyini, ABŞ və Fransanın müəyyən etdiyini görmək vacibdir".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru, politoloq Laszlo Vasa deyib.
MÖVZU İLƏ BAĞLI:
Borrelin ermənipərəst bəyanatlar verməsinin SƏBƏBLƏRİ – Laszlo Vasadan ÖZƏL AÇIQLAMA
O bildirib ki, Avropa İttifaqının xarici siyasətini özü müəyyən etmədiyindən, Azərbaycana qarşı atılan addımlar da məhz erməni lobbisinin güclü olduğu ölkələr tərəfindən müəyyən edilir:
"Fransanın Ermənistana böyük dəstək verdiyi məlumdur. ABŞ isə Rusiyanın yaxınlığını nəzərə alaraq Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. O, bu yolla regionda qeyri-müəyyənlik yaradır.
Almaniyanın Avropa siyasətində çəkisi getdikcə azalır, ona görə də Fransanın fikri daha yaxşı ifadə olunur. Bəzi Qərbi Avropa ölkələrinin isə regionda münaqişənin olmasında biznes maraqları var. Çünki onlar bu vəziyyətdən istifadə edib, Ermənistana silah sata bilərlər", - deyə V.Laszlo əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media