Məşğulluq Agentliyinin əməkdaşları qəzaya düşdü – VİDEO  

Məşğulluq Agentliyinin əməkdaşları qəzaya düşdü – VİDEO  

Hazırda oxunan: Məşğulluq Agentliyinin əməkdaşları qəzaya düşdü – VİDEO  

173986

Dövlət Məşğulluq Agentliyinin əməkdaşları yol qəzasına düşüb. 

Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında Kürdəmirin rayon mərkəzindən xeyli aralıda yerləşən Çöl-Qubalı kəndində qeydə alınıb. 

Yol qəzası agentlik əməkdaşlarının kənd ərazisindən monitorinqdən qayıdarkən baş verib. İlkin məlumatlara görə, son günlər havaların qarlı olması səbəbindən yol sürüşkən olub. Nəticədə hərəkətdə olan sürücü idarəetməni anidən itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb. Kənd sakinlərinin köməyi ilə agentlik əməkdaşları suya düşən avtomobildən çıxarılıb.Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə xeyli zərər dəyib. 

 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO