Yataqxanadakı yanğında məcburi köçkün ailələrinə ziyan dəyib? - RƏSMİ 

Yataqxanadakı yanğında məcburi köçkün ailələrinə ziyan dəyib? - RƏSMİ 

Hazırda oxunan: Yataqxanadakı yanğında məcburi köçkün ailələrinə ziyan dəyib? - RƏSMİ 

173982

Yanvarın 12-də Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğında 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəyib. 

Bizim.Media xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) məlumat yayıb. 

Bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra "Qaçqınkom"un aidiyyəti struktur bölməsinin rəhbər şəxsləri hadisə yerinə yollanıblar: 

"İlkin araşdırma nəticəsində 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəydiyi müəyyən edilib. Hazırda Dövlət Komitəsinin rəhbərliyi hadisə yerindədir, siyahıyaalınma aparılır. Müvafiq tədbirlər görüləcək. Yanğın baş vermiş binada 35 ailə müvəqqəti məskunlaşıb. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO