Türkiyədən terrorçulara növbəti zərbə: 114 hədəf məhv edildi - VİDEO 

Türkiyədən terrorçulara növbəti zərbə: 114 hədəf məhv edildi - VİDEO 

Hazırda oxunan: Türkiyədən terrorçulara növbəti zərbə: 114 hədəf məhv edildi - VİDEO 

173818

Türkiyə təkcə son 5 gündə  Suriya və İraqda keçirilən hava əməliyyatında terroçulara məxsus 114  hədəfi məhv edib, 80-nə yaxın terrorçu zərərsizləşdirilib. 

Bizim.Media xəbər verir ki, şəhidlərin qanının yerdə qalmadığını deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terroçulara dəstək verənlərə mesaj da göndərib. 

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də terrorla mübarizə tədbirləri barədə məlumat verib. Bildirib ki, “Pençe-Kilit” əməliyyat bölgəsində PKK terrorçularu tərəfindən 3 min 151 hücum və sızma cəhdi olub. Buna cavab olaraq  İraqın şimalında 1689 terrorçu zərərsizləşdirilib. 

Nazir Türkiyənin İraqın və Suriyanın şimalında PKK-ya qarşı fəaliyyətinin həmin ölkələrin suverenliyi əleyhinə yönəlmədiyini də xüsusi vurğulayıb. 

Qeyd edək ki, Türkiyə paralel olaraq ölkə hüdudları daxilində də terrorçulara qarşı əməliyyatlara ara vermir. Son olaraq 7 vilayətdə keçirilən “Kahramanlar” əməliyyatında terror təşkilatına aid 18 sığınacaq məhv edilib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO