Naibə Allahverdiyeva: “Aktrisa kimi lazımi qədər istifadə olunmadım”

Naibə Allahverdiyeva: “Aktrisa kimi lazımi qədər istifadə olunmadım”

Hazırda oxunan: Naibə Allahverdiyeva: “Aktrisa kimi lazımi qədər istifadə olunmadım”

173787

“Aktrisanın şansı olmalıdır. Mən isə istədiyim rolları oynamadım. Ürəyimdə qalan rollar oldu. Aktrisa kimi lazımi qədər istifadə olunmadım. Hansısa teletamaşaya çəkilməyim Allah tərəfindən verilən şans idi. Orada korifey sənətkarlarla tərəf müqavili oldum və bir gecənin içində sevildim. Rolun öhdəsindən gələ bildim. Bir də istedadım oldu”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu “10-da görüşək” verilişində deyib. 

Aktrisa rejissorların günahı üzündən arzuladığı obrazları səhnədə canlandırmadığını bildirib: 

“Nə filmdə, nə teatrda istədiyim rolları oynadım. Hansısa aktrisadan soruşanda deyirlər ki, “Kleopatra”nı oynamaq istəyirəm. Mənim də arzum “Kleopatra” oynamaq olub. Bu yaxınlarda yubileyimdir. Səhnədə arzuladığım obrazları oynayacağam. Düzdür, aktrisanın yaşı yoxdur. Hətta 15 yaşlı qızı canlandıracağam. Günah rejissorlardadır. Küçəyə çıxanda görürəm ki, məni necə sevirlər. Görəsən, sənət aləmində niyə belə deyil?” 

Naibə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışmaq istədiyini vurğulayıb: 

“Özümə tənqidi yanaşan aktrisayam. Mənim pedaqoq kimi bu sənətdən dərs deməyə hövsələm yoxdur. Amma indi deyirəm ki, kaş hansısa bir yetirməm olardı. Bizim yaşda olan insanları işdən çıxarırlar. Bundan sonra nə dərs demək?! Mənə İncəsənət Universitetində pedaqoq kimi çalışmaq təklif olunmayıb. Amma təklif olunsa, məmnuniyyətlə tələbələrimin olmasını istəyərəm. Bu sənətə vurğunluq indi azdır. Dövr dəyişməyib. Sadəcə insanların psixologiyası dəyişib”. 

Allahverdiyeva oynadığı rola görə, rejissorlardan yüksək qonorar tələb etdiyini deyib: 

“İndi filmə çəkilmək üçün dostların, ətrafın olmalıdır. Mən yüksək qonorar istəyirəm, niyə istəməyim ki? Rusiyada olanda gördüm ki, necə qonorarlar alırlar, biz yazığıq ki... Hələ bir kapriz də edirlər. İndi rejissorlar elə də peşəkar deyillər. Seriallarda aktyorlara yazığım gəlir. Amma bəzi rejissorlar var ki, onlarla işləmək istəyirəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO