Yeni yaradılan Müstəqil Media Mərkəzi seçkilərə HAZIRDIR – FOTO 

Yeni yaradılan Müstəqil Media Mərkəzi seçkilərə HAZIRDIR – FOTO 

Hazırda oxunan: Yeni yaradılan Müstəqil Media Mərkəzi seçkilərə HAZIRDIR – FOTO 

173783

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn seçkilərlə əlaqədar fəaliyyətə başlayan MSK-nın “Seçki-2024” Müstəqil Media Mərkəzində olub.

Bizim.Media xəbər verir ki, MSK sədri yaradılmış şəraitlə yaxından tanış olaraq, yerli və beynəlxalq media nümayəndələrinin Prezident seçkiləri ilə bağlı sərbəst və asan məlumat əldə etmələrinin, seçki prosesinin digər iştirakçılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğulayıb və bu barədə öz tövsiyələrini bildirib.

Sonra Məzahir Pənahov həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də ümumiyyətlə Prezident seçkilərinə hazırlıqların gedişi barədə media nümayəndələrinə açıqlama verib.

Tədbir çərçivəsində diqqətə çatdırılıb ki, Müstəqil Media Mərkəzinin yaradılmasında başlıca məqsəd seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində mühüm rolu olan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir. Mərkəz seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, habelə məlumatları almaqda və dərhal ictimailəşdirməkdə onlara yardımçı olacaq. Media nümayəndələri müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdəki kompüterlər, telefon və faks aparatlarından, o cümlədən ödənişsiz internetdən sərbəst istifadə edə bilərlər.

Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Azərbaycan, ingilis və rus dillərində müntəzəm olaraq seçkilərə dair ən son məlumatları təqdim edir. Seçki prosesi ilə bağlı müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, habelə açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və video görüntülər yayılır.



















Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO