Ağstafada iki maşın toqquşdu, iki azyaşlı xəsarət aldı

Ağstafada iki maşın toqquşdu, iki azyaşlı xəsarət aldı

Hazırda oxunan: Ağstafada iki maşın toqquşdu, iki azyaşlı xəsarət aldı

173768

Ağstafada xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. 

Hərəkətdə olan VAZ markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində Ağstafa rayon sakinləri, 2012-ci il təvəllüdlü A.Mürsəlov və onun qardaşı, 2013-cü il təvəllüdlü R.Mürsəlov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib və vəziyyətlərinin stabil olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO