Zeynəb: “Allaha deyirdim, anama qarşı olan sevgimi azaltsın ki, kimisə sevə bilim” – VİDEO

Zeynəb: “Allaha deyirdim, anama qarşı olan sevgimi azaltsın ki, kimisə sevə bilim” – VİDEO

Hazırda oxunan: Zeynəb: “Allaha deyirdim, anama qarşı olan sevgimi azaltsın ki, kimisə sevə bilim” – VİDEO

173597

“Mən təkliyi seçdim. Bundan sonra heç kimi istəmirəm. Heç kimi sevə bilmirəm. Onsuz da sevə bilmirdim... 34 yaşım var. Uşaqlıq və gənclik sevgisi olur. Amma məndə heç bir sevgi olmayıb. Orta məktəbdə də oxuyanda heç kimi sevməmişəm. Mən sadəcə bir sevgi bilmişəm, o da ki, ana sevgisi. Heç zaman heç kimi sevməmişəm və istəməmişəm kimisə sevim. Kişi-qadın sevgisini özümdə həmişəlik bağlamışam. Çünki məndə ana sevgisi o qədər çox güclü olub ki, bütün sevginin qarşısını alıb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni qonaq olduğu “7 tamam” axşam şousunda deyib. 

Bütün sevgisini anasına həsr etdiyini söyləyən sənətçi bildirib ki, sonradan həyatında bir şəxs peyda olsa da, onunla ayrılıb: 

“Gül nədir ki, onu da sevmirdim. Bütün sevgini anamda cəmləşdirmişdim. Özüm hər gün Allaha deyirdim ki, məndə anama olan sevgini azalt. Aşırı dərəcədə çox sevirəm onu. O yatanda başının üstündə dayanırdım, görüm ki, o, nəfəs alır. Bu, psixolojidir, bu bir bağlılıqdır. Yəni heç zaman heç kimi sevməmişəm.
O sevgi qapısını da özüm-özümə bağlamışam. Qısa olaraq da olsa kişi-qadın sevgisini yaşadım. Bilmirəm bu sevgi idi, yoxsa... Deyirlər ki, o, sevgi idi. Həmin şəxs mənim söylədiklərimi eşitdi və çox sevindi. Ondan sonra gəldi həyatıma. Dedim ki, sən düz demisən, biz bir-birimizi uzaqdan sevək. Amma bu sevgini yola saldım. Hər sevən qovuşmur ki... Mən də onlardan biri...” 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO