Sosial islahatlara 7 milyard manat xərclənib

Sosial islahatlara 7 milyard manat xərclənib

Hazırda oxunan: Sosial islahatlara 7 milyard manat xərclənib

173531

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətinə dair iclas keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial islahatların uğurla davam etdirildiyi vurğulanıb.

Bildirilib ki, son 5 ildə 4 sosial islahat zərfi həyata keçirilib. 4 milyondan çox vətəndaşı əhatə edən həmin islahat zərflərinin əlavə illik maliyyə tutumu 7 milyard manat təşkil edib.
Sosial islahatlar nəticəsində əhaliyə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub.

DSMF-nin gəlir və xərcləri, xidmət keyfiyyətinin və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində atılan addımlar barədə məlumat verilib.

Həyata keçirilən islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi, fondun təkcə ötən il 10 beynəlxalq mükafata layiq görüldüyü bildirilib.

Elektron xidmətlərin sayının artırılması, vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində səylərin gücləndiriləcəyi vurğulanıb.

Ötən dövrdə görülmüş işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO