25 min manat qazanan Namiq həkim:

25 min manat qazanan Namiq həkim: "Ancaq xanımım bilirdi...” - VİDEO 

Hazırda oxunan: 25 min manat qazanan Namiq həkim: "Ancaq xanımım bilirdi...” - VİDEO 

173485

Xəbər verdiyimiz kimi, “Milyonların şousu” intellektual verilişində ilk dəfə iştirakçı sonuncu suala qədər gəlib çıxa bilib. Tanınmış oftalmoloq Namiq Mustafayev 25 min manat qazanaraq rekord qırıb. 

Bizim.Media İTV-yə istinadən xəbər verir ki, N.Mustafayev çəkiləndən 4 ay sonra yayımlanan verilişdə qazandığı məbləğdən yalnız həyat yoldaşının xəbərdar olduğunu açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

“Milyonların şousu” verilişində ilk yaşandı - VİDEO


“Mən, demək olar ki, əvvəlki oyunları izləmişdim və adətən, hansı sualların verildiyini təxmin edirdim. Çalışdım ki, onlara hazırlaşım. 

...Oğlum dedi ki, mənə nəticəni demə, mən oyuna baxacağam. Biz bilmirdik ki, verilişin göstərilməsi 4 ay çəkəcək, 2 həftə, 1 ay gözləyirdik. Əvvəlcə dözmək çətin idi, sonra artıq hamının yadından çıxdı. Yeganə bilən həyat yoldaşım idi, o da 2 gün mənimlə danışmadı, məcbur olub ona dedim”. 

Qeyd edək ki, Namiq Mustafayev 15-ci suala cavab verməkdən imtina edərək oyunu dayandırıb. O, veriliş tarixində sonuncu suala qədər gələrək sözügedən məbləği qazanan yeganə iştirakçıdır. 
​​​​​​​


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO