Rusiya və ABŞ Qara dənizə hərbi gəmilər göndərir - Müharibə ANONSU

Rusiya və ABŞ Qara dənizə hərbi gəmilər göndərir - Müharibə ANONSU

Hazırda oxunan: Rusiya və ABŞ Qara dənizə hərbi gəmilər göndərir - Müharibə ANONSU

17343

Rusiya prezidenti Vladimir Putin isə Xəzər dənizindəki döyüş gəmiləri və xilasetmə qayıqlarının Qara dənizə göndərilməsi ilə bağlı göstəriş verib. Rəsmi açıqlamaya görə, bu addım qış təlimləri üçün atılıb. Bununla yanaşı, tanklar, raketlər, hava hücumundan müdafiə sistemləri və 100 min əsgərdən ibarət qoşun da təlimlərdə iştirak edəcək.

ABŞ isə  bir həftə ərzində Qara dənizə iki döyüş gəmisi göndərəcək.

Bizim.Media xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Məlumata görə, gəmilərin Türkiyəyə məxsus boğazlardan keçərək Qara dənizə daxil olması üçün rəsmi Ankaraya 15 gün əvvəlcədən diplomatik kanallarla bildiriş təqdim edilib.

Gəmilər bu akvatoriyada mayın 4-dək qalacaq.

Bundan öncə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi "CNN International"a açıqlamasında rəsmi Vaşinqtonun Ukraynaya dəstək məqsədilə yaxın həftələr ərzində Qara dənizə hərbi gəmilər göndərməyi planlaşdırdığını söyləmişdi. 

O, Rusiyanın Ukraynanın şərq sərhədindəki hərbi qüvvə ehtiyatını artırdığını diqqətlə izlədiklərini qeyd etmişdi.

Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ təyyarələri Qara dəniz üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat uçuşları həyata keçirirlər:

"Rusiyanın bu həmləsi əməliyyata başlamaq təəssüratı yaratmır, amma şərtlər dəyişsə, biz cavab verməyə hazır olacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO