HƏMAS-la müharibə uzun aylar davam edəcək - Netanyahu

HƏMAS-la müharibə uzun aylar davam edəcək - Netanyahu

Hazırda oxunan: HƏMAS-la müharibə uzun aylar davam edəcək - Netanyahu

173392

İsrailin HƏMAS-a qarşı müharibəsi uzun aylar davam edəcək.

Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin 2024-cü il dövlət büdcəsinin təsdiqi ilə bağlı hökumət iclasını açarkən deyib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, İsrailin uşaqlar, qadınlar və qocalar daxil olmaqla 200-dən çox vətəndaşının terrorçular tərəfindən girov götürülməsi ilə müşayiət olunub.
İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO