Ölkə ərazisinə ən çox qar yağan rayonlardan biri də Cəlilabad rayonudur.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayonda qarın hündürlüyü bəzi ərazilərdə 60-70 sm-ə çatıb.
Dağlıq ərazilərdə qar çovğunlu-şaxtalı hava şəraiti ilə müşahidə olunur. Kənd sakinlərinin dediyinə görə, yollar qardan təmizlənsə də yağan güclü qar yolları yenidən örtür.
Hazırda ağır texnikalar yolların təmizlənməsi istiqamətində gecədən başladıqları işləri davam etdirsələr də avtomobillərin hərəkəti tam təmin olunmayıb.
Qarlı ərazilərdən çəkilmiş videonu sizə təqdim edirik.
Elşən Feyzullayev, Bizim.Media