Sumqayıtda yollar qardan təmizlənir - FOTO

Sumqayıtda yollar qardan təmizlənir - FOTO

Hazırda oxunan: Sumqayıtda yollar qardan təmizlənir - FOTO

173322

Ölkənin əksər bölgələri olduğu kimi, Sumqayıt da ağ rəngə boyanıb. Şəhərdə gecə saatlarından yağan qar hazırda da davam edir. Yollarda hərəkətin təmin olunması məqsədilə gecədən yolların qardan təmizlənməsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, yolların təmizlənməsi üçün xeyli sayda texnika və canlı qüvvə cəlb edilərək, təmizlənmə işləri aparılıb. 

Eyni zamanda, səkilər qardan təmizlənir. Şəhərin qaz, su və işığın fasiləsiz təminatı ciddi nəzarətdə saxlanılır, hər hansı bir fəsad ortaya çıxarsa, dərhal aradan qaldırılması üçün xüsusi briqadalar ayrılıb. İstirahət günü olmasına baxmayaraq, bütün lazımi tədbirlər görülür ki, sakinlərin rahatlığı təmin edilsin.
Ümumiyyətlə, şəhərin bütün vacib strukturları normal iş rejimində çalışır.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO