Polis Qusarda əməliyyat keçirdi - TUTULANLAR VAR

Polis Qusarda əməliyyat keçirdi - TUTULANLAR VAR

Hazırda oxunan: Polis Qusarda əməliyyat keçirdi - TUTULANLAR VAR

172911

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Quxur-oba kənd sakini Nurmət Əskərov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan meyvə bağından ümumi dəyəri 30 000 (otuz min) manat olan su borularını oğurlaması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Edik Vəzirov və Ayaz Zərbəliyev saxlanılıblar.

Həmin şəxslərin bağ massivindən ümumi dəyəri 1800 (min səkkiz yüz) manatdan çox olan 1 ədəd işıq generatoru və 1 ədəd 2 ton tutumlu plastik su çəni oğurlamaları müəyyən edilib.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO