Seçici siyahıları bu tarixədək dəqiqləşdiriləcək

Seçici siyahıları bu tarixədək dəqiqləşdiriləcək

Hazırda oxunan: Seçici siyahıları bu tarixədək dəqiqləşdiriləcək

172887

Sabah seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.

Bizim.Media xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları Səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.
Dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesini də 2024-cü il yanvarın 13-dək başa çatdırmalıdır. Müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra bu proses yekunlaşdırılmalıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO