Oğuzda ağır QƏZA: Həmkəndlisini vurub maşını kanala AŞIRDI – FOTO  

Oğuzda ağır QƏZA: Həmkəndlisini vurub maşını kanala AŞIRDI – FOTO  

Hazırda oxunan: Oğuzda ağır QƏZA: Həmkəndlisini vurub maşını kanala AŞIRDI – FOTO  

172728

Ötən gün Oğuz rayonunun Padar kəndində baş verən qəzanın ilkin təfərrüatları məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Padar kəndi ərazisində Ramil Qurbanovun idarə etdiyi 48 BE 063 dövlət nömrə nişanlı “Mercedes” hərəkətdə olarkən sərt döngədə qarşısına həmkəndlisi Təvəkkül Qazıyev çıxıb. 

Maşın kənddaxili yolda sürətlə hərəkət etdiyindən sürücü qəzadan yayınmaq istəsə də, buna nail ola bilməyib. O, həmkəndlisini vurandan sonra maşını yolun kənarındakı su kanalına aşırıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Təvəkkül Qazıyev hadisə şahidlərinin köməyi ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərilib və müalicəsi davam etdirilir. Baş vermis qəza ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO