Tofiq Zülfüqarovdan Göyçə və Zəngəzur MESAJI – “1920-ci ilə qədər…”

Tofiq Zülfüqarovdan Göyçə və Zəngəzur MESAJI – “1920-ci ilə qədər…”

Hazırda oxunan: Tofiq Zülfüqarovdan Göyçə və Zəngəzur MESAJI – “1920-ci ilə qədər…”

172656

Ermənistanın İranşünas alimi Vardan Voskanyan yerli mətbuata müsahibəsində bu günlərdə Ermənistanın ərazi bütövlüyü ilə bağlı mübahisələrin olduğunu bildirib.

O, fikrini belə əsaslandırıb ki, Azərbaycan 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Respublikasının sərhədlərini müəyyən edən xəritəni əsas götürür. Ermənistansa üstündə dayanacağı konkret xəritə yoxdur. Ona görə də Vardan Voskanyan paylaşdığı xəritə Ermənistanda ciddi təşviş yaradıb.

“Niyə hansısa bolşevikin xəritəsi ilə razılaşmalıyıq?”

Məsələ ilə bağlı Bizim.Media ilə həmsöhbət olan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, əslində ermənilərin təşvişə düşməsində qeyri-adi heç nə yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Şərqi Zəngəzur dəhlizindən EKSKLÜZİV FOTOLAR


“Axı, nəyə görə hansısa bolşevikin, məsələn Orcenkidzenin müəyyən etdiyi sərhədlə biz razılaşmalıyıq? Axı, hər iki ölkənin 1920-ci ilə qədər bəlli sərhədləri və ərazisi vardı. O zamankı sərhəd xətti Göyçə gölünün ortasından keçirdi. Ermənilərin xahişi və bolşeviklərin təzyiqi ilə biz 100 il qabaq regionun ən böyük içməli su gölündən-Göyçədən  məhrum olduq. Bu azərbaycanlılara qarşı atılmış ən ədalətsiz addımlardan biridir”. 

Tofiq Zülfüqarov onu da qeyd edib ki, Paşinyanın sülh danışıqlarından qaçmasının bir səbəbi də məhz budur:

“Paşinyan Ermənistanın sərhədlərini bilmir. Bəzən deyirlər ki, dövlətlər öz bəlli sərhədləri ilə BMT-nin üzvü olublar. Bu yanlış fikirdir.  Bu cür fikirlərə qarşı mən hər zaman deyirəm ki, “mənə göstərin görüm BMT-nin hansı otağında o xəritələr asılıb ki, dövlətlərin sərhədlərini bildirir?!” Bu absurd bir fikirdir. 

Dövlətlər BMT üzvlüyünə əraziyə görə yox, suveren hüquqlara görə qəbul edilirlər. Bu gün BMT üzvü olan ölkələrin 70 faizinin sərhədləri mübahisəlidir. Bütün ölkələr qonşu dövlətlərlə sərhədlərini danışıqlar yolu ilə müəyyən edir.
Məsələn, Ermənistan sabah desə ki, “ərazimin 20 faizini Azərbaycana bağışlayıram”, bunun BMT üçün heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan beynəlxalq qanunlar bizim xeyrimizədir və biz bundan istifadə eləməliyik. Ermənilər də bunu bilir. Ona görə də narahatlıq keçirirlər”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO