Ermənilərin gizlətməyə çalışdığı TARİX – İncilin ən qədim nüsxəsi Daşkəsəndən necə OĞURLANIB?

Ermənilərin gizlətməyə çalışdığı TARİX – İncilin ən qədim nüsxəsi Daşkəsəndən necə OĞURLANIB?

Hazırda oxunan: Ermənilərin gizlətməyə çalışdığı TARİX – İncilin ən qədim nüsxəsi Daşkəsəndən necə OĞURLANIB?

172652

“Ermənistanda prezident seçkiləri zamanı rəsmi and içmə mərasimi zamanı ən qədim “İncil” üzərində and içilir. Bu “İncil” iki hissədən ibarətdir. "Müqəddəs Yevangiliya" və " Qoruyucu". Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzində tam məxfi seyfdə qorunur və qeydiyyat nömrəsi 10680-dır.

Bu kitabı qorumaq üçün xüsusi mühafizə qrupu var və ona yalnız xüsusi icazəsi olan adamlar yaxınlaşa bilər. Bu günə qədər kitabın içi açılmayıb və heç kim onun hansı dildə yazıldığını görməyib, təkcə Erməni kilsəsinin baş katalikoslarından başqa…”

Bizim.Media xəbər verir ki, bu fikirlər tarixçi alim Zaur Əliyevin araşdırmasında qeyd olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

1000 yaşı olan İncil hərracda 38,1 milyon dollara satıldı


Tarixçi bu günə qədər qorunub saxlanılan ən qədim İncil hesab olunan kitabla bağlı tarixi faktları üzə çıxarıb:

“Kitabın hansı əlifba ilə yazılmasını öyrənə bilmədik. Amma tam əminik ki, nə qədim, nə də müasir erməni dilində deyil. Aramey və latın dilində də deyil. Qismət olsa Qərbi Azərbaycanı gedib bu mərkəzdə ola bilsək, onda əsl həqiqəti biləcəyik. 

Amma əldə etdiyimiz məlumatlar daha önəmli faktlara gətirib çıxardıb. Bu kitab V əsrdə Daşkəsən rayonunun Bayan kəndində hazırlanıb və orda 16-cı əsrə qədər saxlanılıb.

Azərbaycandakı tarixi abidələrin müəyyən bir qismi xristianlıqla bağlıdır. Təxminən 3-4-cü əsrlərdə ölkə ərazisində bu qəbildən inşa edilən kilsə və monastırlar ərəb yürüşləri nəticəsində dağıdılıb. Dağlara çəkilən xristian əhali 7-8-ci əsrlərdə burada yenidən tikinti işləri aparıb. Tarixçilərin fikrincə, Daşkəsən rayonunun Bayan kəndi ərazisindəki 3 alban məbədi də məhz bu tarixdən günümüzə qədər gəlib çatan abidələrdir”.

Tarixçi alim qeyd etdi ki, məhz Bayan monastrı üçün hazırlanan bu qədim və nadir kitab V əsrdən 1625-ci ilə qədər burada saxlanılıb:

“Sonradan onun restavrasiya edilməsi lazım olub və bunun üçün dəvət edilən mütəxəssislər kitabın burda qalmasını mühüm hesab ediblər. Bayan kəndində saxlanılan bu qədim kitabın əfsanəsi o qədər yayılıb ki, Şərqin və Avropanın bir çox yerlərindən zəvvarlar Daşkəsənin Bayan kəndində gəliblər. Buna səbəb həmin kitabın sağlamlıq bəxş edib, xəstə insanlara kömək etməsi barədə şayiələr idi. 

Bu kitab Daşkəsəndə XIX əsrə qədər, Makar Barxudryan adlanan yepiskopun bura gəlməsinə qədər qorunub saxlanılıb. 1895-ci ildə o təcili Üçmüədzin kilsəsinə məktub yazır ki, bu kitab mütləq ermənilərə verilməlidir”. 

Ermənilər İncili necə oğurladılar?

Zaur Əliyev təəssüflə bildirib ki, 1974-cü ildə Bayan kəndində yaşayan Asi Qriqoryan adlı şəxs kitabı oğurlayıb Bakıya gəlir və onu Azərbaycanda erməni kilsəsinin baş katalikoslarından biri olan Vaqan Teryana verir:

“O da öz növbəsində 1 yanvar 1975-ci ildə Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini cəlb etməmək üçün onu 1955-1994-cü illər arasında bütün ermənilərin katolikosu olan I Vazgenə (Levon Garabed Baljian) hədiyyə edir. O qədim kitabı hədiyyə alır, açır və həmin ilin 25 iyulunda Matenadarana göndərir və tapşırıq verir ki, heç bir zaman açılmasın. 

Onun surətini erməni dilində yazsınlar və oxşarını hazırlasınlar. Hazırlanan surətinə isə "Vexamor" adı verirlər. Bu ad I Vazgenin Buxarestdə müəllimə işləyən və 1974-cü ildə ölən anası Siranuş Palçyanın xatirəsini yaşatmaq üçün seçilir. 

Hazırda Azərbaycan dövlətinə, xalqına və qədim Bayan monastırına məxsus bu qədim və nadir kitab Matenadaranda tam məxfi saxlanılır və onun surətini (saxta və ermənicə yazılan) qonaqlara göstərirlər. 

Bu qədim kitabın hansı dildə yazılması isə bu günə qədər gizli saxlanılır. 

Ümid edirik ki, nə zamansa bu kitab üzə çıxacaq və böyük ehtimalla Alban dövlətinə daxil olan Qarqarlardan olan Beniyaminin 52 hərfdən ibarət hazırladığı əlifba ilə yazılması sübut ediləcək”. 


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO