Perinatal Mərkəzindəki yanğında tüstüdən zəhərlənən daha bir nəfər evə BURAXILDI - YENİLƏNİB 

Perinatal Mərkəzindəki yanğında tüstüdən zəhərlənən daha bir nəfər evə BURAXILDI - YENİLƏNİB 

Hazırda oxunan: Perinatal Mərkəzindəki yanğında tüstüdən zəhərlənən daha bir nəfər evə BURAXILDI - YENİLƏNİB 

172628

Respublika Perinatal Mərkəzdə çıxan yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kliniki Tibbi Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib. 

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. 

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. 
 
*** 14:36

“Respublika Perinatal Mərkəzində baş verən yanğında tüstüdən zəhərlənən 3 nəfərdən ikisi evə buraxılıb”. 

Bunu Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib. 

MÖVZU İLƏ BAĞLI:

Perinatal Mərkəzdən təxliyyə görüntüləri yayıldı - FOTO/VİDEO


O bildirib ki, KTM-in Toksikologiya şöbəsinə iki qadın, bir kişi yerləşdirilib: 

“Hazırda bir nəfərin müalicəsi isə şöbədə davam etdirilir”. 

Xatırladaq ki, Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO